0
Sunday 15 April 2018 - 12:19

Misirdə hərbçilərə hücum edilib, ölənlər və yaralananlar var

Story Code : 718071
Misirdə hərbçilərə hücum edilib, ölənlər və yaralananlar var
Report xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücum hakimiyyət orqanlarının fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə bəyanatından bir neçə saat sonra, səhər saatlarında baş verib. Terrorçulardan 4-ü üzərindəki intihar kəmərini partladıb. Hadisə nəticəsində 8 hərçi həlak olub.

Hücum zamanı habelə 14 silahlı öldürülüb. Bununla yanaşı, daha 15 nəfər yaralanıb.
Source : Nur-az.com
Comment