0
Monday 16 April 2018 - 11:17

Tomas Massi: Vaşinqtonun Suriyaya hücumu qeyri-qanunidir!

Story Code : 718276
Tomas Massi: Vaşinqtonun Suriyaya hücumu qeyri-qanunidir!
Amerika konqresinin üzvü Tomas Massi (Thomas Massie) Amerikanın İngiltərə və Fransa ilə birlikdə Suriyaya havadan hücumunu qeyri-qanuni addım adlandırıb. Respublikaçı nümayəndə konqresin razılığı olmadan Suriyaya hücumu Trampın özbaşınalığı kimi dəyərləndirib. Kentukki ştatından olan nümayəndənin Suriyaya hücumu sərt tənqid etməsi bu gün amerikada ictimai fikirdə əksini tapmış mövqedir.

Tomas Massi öz tvitində yazır: Mən Fransa və Britaniyanın konstitusiyasını oxumamışam. Amma Amerika konstitusiyasını bilirəm. ABŞ konstitusiyasında prezidentə hansısa ölkəyə hərbi təcavüz icazəsiu verən maddə yoxdur.

Yada salaq ki, Donald Tramp Amerika prezidenti seçilməzdən qabaq seçki kampaniyasında hakimiyyəti konqresdən icazəsiz addımlara görə tənqid edirdi.
Source : Islamtimes
Comment