0
Thursday 19 April 2018 - 18:25

Tramp: “Səmərəli keçməsə, Kimlə olan görüşü tərk edəcəm”

Story Code : 719092
Tramp: “Səmərəli keçməsə, Kimlə olan görüşü tərk edəcəm”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündən sonra verdiyi birgə açıqlamada, Şimali Koreya liderilə planlaşdırılan görüşünün uğurlu keçəcəyinə ümid etdiyini bildirib: “Uğurlu olacağını düşünməsək, bunu etmərik. Olduğum bir görüş səmərəli keçməsə, ehtiramlı bir formada o görüşü tərk edəcəm”.

Trampın bu açıqlamasını MKİ direktoru Mayk Pompeonun Şimali Koreya lideri Kim Conq ilə görüşməsinin ortaya çıxmasından bir gün sonra verib. Pompeonun səfərinin ABŞ və Şimali Koreya liderləri arasında iyun ayında edilməsi planlaşdırılan görüşlə bağlı danışıqlar üçün olduğu qeyd olunub.
Source : Deyerler
Comment