0
Thursday 19 April 2018 - 19:39

Nigeriya polisi 3-cü gündür Şeyx Zəkzəki tərəfdarlarına qarşı hücum edir

Story Code : 719114
Nigeriya polisi 3-cü gündür Şeyx Zəkzəki tərəfdarlarına qarşı hücum edir
Deyerler.org islamicmovement-ə istinadən xəbər verir ki, son 3 gündür Abucadakı mitinqlərə Nigeriyanın təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə baxmayaraq, nigeriyalı Əhli-Beyt (ə) ardıcılları Şeyx Zəkzəki azadlığa buraxılana qədər dinc aksiyalarına davam edəcəklərini bildirirlər.

Nigeriya polisi aprelin 18-də paytaxtın Maytama rayonunda keçirilən dinc etiraz aksiyasına da sərt müdaxilə edib. İnsan Haqları üzrə Milli Komissiyanın binası istiqamətində keçirilən yürüş mitinqin yolu üzərində Nigeriya polisi barrikada qurub. Aksiyada onlarla nümayişçinin həbs edildiyi qeyd olunub.

Bundan başqa, Nigeriya təhlükəsizlik qüvvələri paytaxt küçələrində Şeyx Zəkzəkinin tərəfdarlarına oxşayan hər kəsi həbs etməyə başlayıb.
Source : Deyerler
Comment