0
Friday 20 April 2018 - 23:42

Suriya Ordusu daha bir şəhəri terrorçulardan təmizlədi

Story Code : 719382
Suriya Ordusu daha bir şəhəri terrorçulardan təmizlədi
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Suriyanın ordu qüvvələri dünən axşam "Ceyşulislam" terrorçularının sonuncu qrupunun çıxması ilə bir zamanda Rife Dəməşq vilayətində yerləşən Əldumayr şəhərinə daxil olublar.

Suriyanın ordu qüvvələri Əldumayr şəhərinə daxil olduqdan sonra bu ölkənin bayrağını şəhərin mərkəzində dalğalandırıblar.

Suriyalı qüvvələrin Əldumayr şəhərinə daxil olmaları şəhər əhalisinin böyük rəğbətilə qarşılanıb.

Əldumayr şəhərinin əhalisi Suriyanın ordu qüvvələri şəhərə daxil olarkən "Suriya ordusuna eşq olsun!" və "Canla-başla Bəşər Əsədin xidmətindəyik!" şüarlarını veriblər.

Rife Dəməşq vilayətində yerləşən Əldumayr şəhəri paytaxt Dəməşqin şimal-şərqindən 44 kilometr aralıda yerləşir.

"Ceyşulislam" terrorçularının Əldumayr şəhərindən çıxmaları barədə razılaşma bu terror qrupunun Şərqi Qutədə yerləşən Duma məntəqəsindən çıxmalarından sonra əldə olunubdur.

Duma məntəqəsi aprelin 14-də tam şəkildə terrorçuların işğalından azad edilib.

Dumanın azad edilməsilə Şərqi Qutə tam şəkildə terrorçulardan təmizlənib.
Source : İslamazeri
Comment