0
Monday 23 April 2018 - 00:13

İraq Suriya ərazisində terrorçuların mövqelərinə zərbə endirib

Story Code : 719836
İraq Suriya ərazisində terrorçuların mövqelərinə zərbə endirib
İraq hərbi hava qüvvələrinin terrorçuların Suriya ərazisindəki mövqelərinə hücumu nəticəsində 36 terrorçu məhv edilib. Bu barədə İraq hərbi informasiya mərkəzi xəbər yayıb.

Mərkəzin sözçüsü Yəhya Rəsul bir bəyanatda bildirib: İraqın F-16 qırıcıları Suriya ərazisində İraqın sabitliyi üçün təhlükə sayılan terrorçuların mövqelərini hədəfə alıb. Hava hücumunda İŞİD komandanları da daxil olmaqla 36 terrorçu öldürülüb. İraq Suriya ərazisində İŞİD-a qarşı əməliyyatları davam etdirəcək. Nə qədər İŞİD təhlükəsi var, İraq terrorçuları təqib edəcək.
Source : Islamtimes
Comment