0
Tuesday 24 April 2018 - 17:37

Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samad Səudiyyə rejiminin hava hücumunda şəhid oldu: 3 günlük matəm elan edildi

Story Code : 720224
Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samad Səudiyyə rejiminin hava hücumunda şəhid oldu: 3 günlük matəm elan edildi
Əl-Məsirə xəbər verir ki, bombardman nəticəsində Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samad ilə yanaşı, Yəmən ordusunun yüksək rütbəli 4 komandiri şəhid olub. Saleh Əs-Samad maşın karvanı ilə Yəmənin Hudeydadakı hərbi qüvvələrini ziyarət etmək üçün yola çıxmışdı.

Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Şəhid Saleh Əs-Samadın intiqamı Səudiyyə rejimi qüvvələrinə baha başa gələcək”

Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Şəhid Saleh Əs-Samadın intiqamının Səudiyyə rejimi qüvvələrinə baha başa gələcəyini vurğulayıb. “Şəhid Saleh Əs-Samadın qanı hədər olmayacaq. Səudiyyə rejimi qüvvələri və koalisiyası qüvvələrinin yerləşdiyi hər sahə hədəfimiz olacaq. Düşmənlərimiz yaxşı bilməlidirlər ki, bütün Yəmən xalqının hər biri Saleh Əs-Samaddır”.

Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samadın şəhid edilməsindən sonra, fövqəladə toplanan Yəmənin Milli Müdafiə Şurası bu vəzifəyə Məhəmməd Hüseyn Əl-Məşatı təyin ediblər.

Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Samadın şəhid olması ilə ölkədə 3 günlük milli matəm elan olunub.
Source : Nur-az.com
Comment