0
Tuesday 24 April 2018 - 17:52

"Ənsarullah"dan cavab zərbəsi: Səudiyyənin "Aramko" milli neft şirkətinin bazaları "Bədr1"lə vuruldu

Story Code : 720230
"Ənsarullah"dan cavab zərbəsi: Səudiyyənin "Aramko" milli neft şirkətinin bazaları "Bədr1"lə vuruldu
İslamazeri.com "almasirah"a istinadən xəbər verir ki, Yəmən Ordusu və "Ənsarullah" könüllüləri Səudiyyə Ərəbistanının "Aramko" milli neft şirkətinin bazalarını "Bədr1" raketlərilə yenidən hədəfə alıb. Bu hücumlar vəhabi krallığın Həccə bölgəsində 88 nəfərin; qadın və uşaqların qətliamı və "Ənsarullah" hərəkatının ikinci şəxsi, Ali Siyasi Şurasının sədri Saleh Səmədin hava hücumları nəticəsində öldürülməsinə cavab olaraq həyata keçirilib.

Hücum "Aramko" şirkətinin Cizandakı bazalarına həyata keçirilib. Səud mediası hücumu təsdiqləyərək itkilər haqqında məlumat verməyib.

Saudi Aramco - Səudiyyə Ərəbistanının milli neft şirkətidir. Hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti hesab olunur. "Saudi Aramco"nun dəyərinin 1,25 trilyon ABŞ dolları ilə 7 trilyon dollar arasında olduğu hesab edilir və bununla da dünyanın ən böyük dəyərə sahib şirkətidir. Şirkətin baş qərargahı Dahran şəhərində yerləşir.

"Saudi Aramco" 260 milyard barellə dünyanın ən böyük təsdiq olunmuş neft ehtiyatlarına və ən böyük gündəlik hasilat səviyyəsinə malikdir. Şirkət Səudiyyə Ərəbistanındakı bütün enerji resurslarının sahibi və istifadəçisidir.

"Saudi Aramco"nun 2013-cü ildəki neft hasilatı 3,4 milyard barrel (544 milyon ton) təşkil edir. Şirkət Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağını, o cümlədən 8,2 trilyon m3 təbii qaz ehtiyatlarına nəzarət edir."Saudi Aramco" dünyanın qurudakı ən böyük neft yatağı olan Qavar və dənizdəki ən böyük neft yatağı olan Safaniyə yatağını idarə edir.
Source : Islamazeri
Comment