QR CodeQR Code

BMT-nin baş katibi Səudiyyə rejiminin Yəməndə toy mərasimini vurmasının araşdırılmasını tələb etdi

Deyerler , 24 Apr 2018 19:02

İslamtimes - BMT-nin baş katibi Antonio Quterres Səudiyyə rejiminə aid döyüş təyyarələri tərəfindən Yəməndəki bir toy mərasiminə qarşı edilən hücumların araşdırılmasını tələb edib.


Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, BMT tərəfindən bu məsələ ilə bağlı dərc olunan bəyanatda, Yəmən böhranında aktiv olan bütün tərəflərin insan haqları qanunları çərçivəsində vətəndaşlara dəstək verib, bu ölkədəki infrastruktur obyektlərinə zərər verməməsi qeyd olunub.

BMT-nin baş katibi bəyanatında, bu səbəbdən hadisədə həlak olanların ailələri ilə yaxınlarına səmimi başsağlığını bildirib.

Xatırladaq ki, Səudiyyə rejiminin döyüş təyyarələri aprelin 21-i gecə saatlarında Yəmənin qərbində yerləşən Həccah əyalətində iki hava hücumu təşkil edərək, bir toy mərasimini qana bulayıb, kömək və xilasetmə qruplarının bölgəyə gəlmələrinə mane olmuşdur. Bu hücum nəticəsində 33 nəfər həlak olmuş, 30-dan çoxu uşaq olmaqla 55 nəfər də yaralanmışdır.


Story Code: 720262

News Link :
https://www.islamtimes.org/az/news/720262/bmt-nin-baş-katibi-səudiyyə-rejiminin-yəməndə-toy-mərasimini-vurmasının-araşdırılmasını-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org