0
Thursday 26 April 2018 - 16:05

Yəməndən Səudiyyə rejimi və müttəfiqlərinə xəbərdarlıq: “Hazır olun, vuracağıq!”

Story Code : 720689
Yəməndən Səudiyyə rejimi və müttəfiqlərinə xəbərdarlıq: “Hazır olun, vuracağıq!”
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələri Komandanlığı aprelin 26-sı bəyanat verərək, Səudiyyə rejiminin nəzarəti altında olan torpaqlardakı xarici firmalardan dərhal bu ölkəni tərk etmələrini istəyib.

Bəyanatda belə qeyd olunub: “Yəmən Silahlı Qüvvələrinin raketləri Səudiyyə Ərəbistanının bütün ərazisini və digər təcavüzkar ölkələrin paytaxtlarını hədəfə alacaq. Yaxın müddətdə Səudiyyə Ərəbistanının mühüm mərkəzləri alovlanacaq. Bunun məsuliyyət isə Yəmənin xəbərdarlıqlarına ciddi yanaşmayanlara aid oalacaq”.

Bu arada, Şəhidlərin Dəfn Mərasimi Komitəsi bəyanat verərək, Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmadın cənazəsinin aprelin 28-i paytaxt Sənada keçiriləcək xüsusi mərasimlə dəfn ediləcəyini bildirib. Bəyanatda şəhid Saleh Əs-Samadın dəfn mərasiminin təntənəli şəkildə keçiriləcəyi bildirilib.
Source : Deyerler
Comment