0
Thursday 26 April 2018 - 16:07

Bəhreyndə gənclərə verilmiş edam qərarı etiraz və vətəndaş itaətsizliyinə səbəb oldu

Story Code : 720691
Bəhreyndə gənclərə verilmiş edam qərarı etiraz və vətəndaş itaətsizliyinə səbəb oldu
İslamazeri.com "bahrain revolution"a istinadən xəbər verir ki, Bəhreyndə yenidən aksiyalara start verilib. Buna səbəb Bəhreyn rejiminin məhkəməsinin 6 gəncə edam hökmü verməsi səbəb olub.

Bəhreynin Əd-Duraz bölgəsində aksiya iştirakçıları yolları bağlayaraq edama məhkum edilənlərin ailəlıərilə həmrəylik nümayiş etdiriblər.

Bəhreynin Əl-Vifaq Cəmiyyəti də bir bəyanat verərək bildirib: "Bəhreynin hərbi məhkəməsinin heç bir cinayət əməli törətməyən vətəndaşları edama məhkum etməsi sadəcə siyasi məqsədlərlə və günahsız gənclərdən intiqam almaq məqsədilə həyata keçirilib. Onlar gizli şəkildə saxlanılıb və vəhşicəsinə işgəncələrə məruz qalmışlar.", - İran mediası bildirir.

Əl-Vifaq Cəmiyyəti həmçinin verilən qərarlarda Bəhreyn kralının birbaşa məsuliyyət daşıdığını da qeyd edib: "Bu ədalətsiz qərarlar Ali-Xəlifə rejiminin xalqla əlaqəsinin hansı şəkildə olduğunu göstərir."
Source : Islamazeri
Comment