QR CodeQR Code

Yəmən Ərəbistana qarşı hücum xarakterli əməliyyatlara başlayıb

Nur.az.com , 1 May 2018 17:38

Islamtimes - Bu əməliyyatlarda çoxlu sayda təcavüzkar muzdur məhv edilib.


Artıq 4-cü ildir ki, Yəməndə dinc əhalini bombalayan Ərəbistan bundan sonra törətdiyi cinayətə görə cavab verməli olacaq. Belə ki, Yəmən ordusu və Ənsarullah qüvvələri özünü müdafiədən əlavə hücum əməliyyatlarına da start verib və ölkənin qərb sahillərində iki istiqamətdən Ərəbistan-BƏƏ-ABŞ koalisiyası muzdurlarına qarşı hücuma keçiblər.

Bu əməliyyatlarda çoxlu sayda təcavüzkar muzdur məhv edilib.

Sədə əyalətində hərbi mənbənin verdiyi açıqlamaya görə, Ənsarullah qüvvələri bazar ertəsi Nəcran əyalətinin Əd-Dabaa məntəqəsində Ərəbistan qüvvələrinə qarşı pusqu qurublar və idarə olunan raketlərlə Ərəbistanın hərbi texnikalarını hədəfə alaraq çoxlu canlı qüvvə və texnikanı məhv ediblər.
Bundan əlavə, Əsir əyalətinin Ət-təbatus-Sud bölgəsində və Ələb sərhəd dəhlizində Ərəbistan ordusunun qərargahlarını katyuşalarla raket və mərmi atəşinə tutublar.


Story Code: 721742

News Link :
https://www.islamtimes.org/az/news/721742/yəmən-ərəbistana-qarşı-hücum-xarakterli-əməliyyatlara-başlayıb

Islam Times
  https://www.islamtimes.org