QR CodeQR Code

Seyid Həsən Nəsrullah: “Regionda yeni bir mərhələyə daxil oluruq”

Deyerler , 3 May 2018 00:30

Islamtimes - Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah mayın 1-i etdiyi çıxışında, 6 mayda Livanda keçirilməsi gözlənilən seçkilər və regional proseslərə dair açıqlamalar verib.


Mehr xəbər verir ki, Seyid Həsən Nəsrullah Səudiyyə rejiminin vəliəhd şahzadəsinin regionda müharibə törətmək üçün ABŞ və İsrail rejiminə milyardlarla dollar pul ödədiyini bildirib: “Regionda yeni bir mərhələyə daxil oluruq. Terror təşkilatları Suriyada məğlub olmaq üzrədir, ancaq ABŞ və Səudiyyə rejimi kimi müttəfiqləri məğlubiyyətlərinə dözə bilmirlər”.

Livan xalqından mayın 6-da keçirilməsi gözlənilən parlament seçkilərində iştirak etmələrini istəyən Seyid Həsən Nəsrullah, sözlərinin davamında bunları deyib: “Regiondakı proseslərdə İsrail rejiminin maraqlarına çalışanlar müqavimətə qarşı da düşmənçilik etməkdədirlər. Onların təxribat salmalarına imkan vermərik”./deyerler/


Story Code: 722028

News Link :
https://www.islamtimes.org/az/news/722028/seyid-həsən-nəsrullah-regionda-yeni-bir-mərhələyə-daxil-oluruq

Islam Times
  https://www.islamtimes.org