0
Saturday 5 May 2018 - 22:51

Rusiyada aksiyalar başladı, insanlar küçəyə AXIŞDI

Bir neçə şəhərdə eyni vaxtda baş verən aksiyalara
Story Code : 722679
Rusiyada aksiyalar başladı, insanlar küçəyə AXIŞDI

Maide.Az "publika.az"a istinadən xəbər verir ki, aksiyalar iştirakçıları “o, bizim padşahımız deyil”, - devizi ilə çıxış edir.

Mitinqlər Xabarovsk, Vladivostok, Cənubi Saxalin, İrkutskda keçirilib.Bir neçə şəhərdə eyni vaxtda baş verən aksiyalara yüzlərlə iştirakçı qatılıb.

Mitinq icazəsiz keçirilir. Prokurorluq müxalifətçiləri icazəsiz mitinq keçirilməsinin mümkün mənfi nəticələri barədə xəbərdar edib.

Aksiyaların keçirildiyi meydanda polis əməkdaşlarının növbə çəkdiyi, polis avtobusunun dayandığı qeyd olunur.

Aksiya iştirakçıları Vladimir Putinin növbəti prezidentlik fəaliyyətinin mayın 7-də keçiriləcək inaqurasiya mərasiminə etiraz edir. Aksiyaların davam etdiyi vaxtda bir sıra şəhərlərdə Novalnı tərəfdarları həbs edilib.
Source : Maide
Comment