0
Monday 7 May 2018 - 18:19

Xalqın ortaq dərdi: Ruhanilər həbs edilsə camaatı kim islah edəcək?

Story Code : 722902
Xalqın ortaq dərdi: Ruhanilər həbs edilsə camaatı kim islah edəcək?
Ruhanilərin həbs edildiyi, din tələbəsinin tiryəklə şərləndiyi ölkəmizin mətbuatında dərc edilən xəbərə baxın: 6 ayda 5 dəfə azyaşlı qızı zorlayan cinayətkara 5 il iş veriblər. Bu cür şərəfsizləri edam etsələr insanın ürəyi soyumaz. Həm əxlaqsız bu insanı, həm də ona 5 il həbs verən hakimi. Bucür hakimlərin ədalətdən qandıqları heç nə yoxdur. Təsəvvür edin ki, sifarişli məhkəmələri ilə dünyada tanınan Azərbaycanda Qum tələbəsinə şər atılır, güya çantasından uyuşdurucu çıxdığı deyilir, 5-12 il həbs cəzası gözləyir, amma camaatın balasını dəfələrlə zorlayan şərəfsizə 5 il həbs verilir. Sonra da xalqdan səs qazanmaq üçün belələri əfv fərmanı ilə azadlığa çıxır.
Məlum məsələdir ki, Azərbaycanda bir dənə də olsun ədalətli məhkəmə yoxdur. Biz bunu vaxtilə həqiqətləri çap etdiyi üçün həbs edilib 12 il iş alan Nicat Əliyevlə Parlamentə pulla müştərilər tapan Gülər Əhmədovanın hadisələri zamanı da bilirdik. Redaktor 12 il, Gülər Əhmədova 2 il həbs cəzası almışdı. Dövlətin ən mühüm postlarından biri olan və dövlətin, xalqın təhlükəsizliyini qoruyan Milli Təhlükəsizlik Nazirliyini təhlükə mənbəyinə çevirən porsuğa oxşayan sabiq nazir Eldar Mahmudov hələ də azadlıqdadır. Çünki bunlar bir-birinin zibillərini yaxşı bilirlər. Onun da torbası tikilənə qədər əlində olan biabırçı materiallara görə ona dəyə bilmirlər. Görürsünüzmü əziz xalq? Bu insanlarda ləyaqət deyilən şey yoxdur. Bu ölkənin məhkəmələrində bircə YAP-ın şər hakimiyyətinə dəyməsən heç kimə ağır cəzalar verilmir. Lap bu canilərin ən qatı cinayətlərə mürtəkib olsalar belə. Çünki bu ölkədə bir nəfər yaşayır, o da İlham Əliyevdir.
Bəs yaxşı, bu hakimiyyət cəhənnəmə. Bəs görəsən xalq düşünmür ki, bir ölkənin ruhaniləri, din tələbələri nə qədər ki, zindanlarda çürüdülür o xalqın balası bu cür şərəfsizliklə üzləşəcək. Budur zalım hakimiyyətin yetişdirdiyi gənclik. Bunlar əgər bucür əclaf gənclərə bucür tərbiyə veriblərsə deməli bunların danışdıqları nağıldan savayı bir şey deyil. Yalandan xalqın başını aldadıb gənclərə verdikləri tərbiyədən danışırlar. Yox əgər tərbiyə vermədiklərindən ötrü gənclik bu günə qalıbsa o zaman bu hakimiyyət zibilliyə layiq hakimiyyətdir. Təbii ki bu hakimiyyət gənclərə düzgün tərbiyə verə bilmir. Çünki bu hakimiyyətin özü ən böyük əxlaqsız, tərbiyəsiz hakimiyyətlərdən biridir. Tərbiyəsiz gəncliyə necə tərbiyə verəcək? Məgər Elgizlə, Sərxanla, Əli Mirəliyevlə, Röya ilə Rafaellə, Coşqunla xalqın balasına tərbiyəmi vermək olar?
İnsafən hansı dindarın bu cür şəxsiyyətsiz hərəkətlərə yol verdiyini görmüsünüz? Rejim yaltaqları bütün günü Tale Bağırzadənin, Abgül Süleymanovun xarici dövlətlərə işlədiyini deyirlər, əgər bu insanlar xarici dövlətlərə işləyirsə xoş bu xarici dövlətin halına ki, bu cür pak insanlar yetişdirib. Siz bucür insanların pak ailəsinə, dininə, təhsilinə baxın, bir də bu gün min hoqqadan çıxan efir səfehlərinin və efiri onların ixtiyarına qoyan tərbiyəsizlərə baxın. Hansı daha çox bu xalqın yaxşılığını düşünür?
Bu gün Qum tələbəsini şərləyib həbsə atanlar, ruhanini ləkələyənlər bu xalqın bir nömrəli düşmənləridir. Onlar gözəl bilirlər ki, bir tələbə, bir ruhani küçədə gəzəndə belə onun yerişindən nümunə götürüb əxlaqlanan insanlar çox olur. Rejim isə insanların düzəlməsini, islah olmasını istəmədiyi üçün ruhanilərə, tələbələrə, bütövlükdə dindarlara divan tutur, gah məscidini sökür, gah hicabını qadağan edir. Çünki bu insanlara xalqın balasının pak, izzətli, ismətli yaşaması sərf eləmir. Çünki belə olduğu təqdirdə insanların gözü açılacaq, zalımlardan öz haqqını tələb edəcək. Bu isə rejimə baş ağrısı gətirəcək.
Əziz oxucu! Nə qədər ki, gec deyil, nə qədər balan şərəfsizlərdən amandadır, öz ruhanimizə, tələbələrimizə, dindarlarımıza, efirimizə, mentalitetimizə, məhkəməmizə, nəhayət öz dövltimizə, vətənimizə sahib çıxaq. Bu sətirləri oxuyub tez qəzəbli hökm vermə, beş-altı dəfə başdan ayağa oxu yazdıqlarımızı. Gör burada normal olmayan nəsə yazmışıqsa o zaman pisləməyə başlayın.
Source : Nur-az.com
Comment