QR CodeQR Code

Suriya ordusu Hacər Əl-Əsvəddə yeni əraziləri işğaldan azad etdi

Deyerler , 7 May 2018 19:45

İslamtimes - Suriya ordusu paytaxt Dəməşqin cənub ətrafındakı Hacər İslamtimes - Əl-Əsvədin şimal hissəsində hava qüvvələri və artilleriya qoşunlarının dəstəyi ilə terrorçulara qarşı yeni irəliləyişlərə nail olub və nəzarət altında olan sahələri genişləndirib.


Deyerler.org xəbər verir ki, SANA-nın hərbi müxbiri ordunun Həcər Əl-Əsvədin şimal hissəsində Yərmuq yaxınlığında olan bir çox yaşayış məntəqəsi və baş prospektin girişində nəzarəti bərpa etdiklərini qeyd edib. Müxbir terrorçuların bölgədə hərəkət oxları və təchizat xətlərinin kəsildiyini qeyd edərək, onlarla terrorçunun sursatları və maşınları ilə birlikdə zərərsizləşdirildiyini bildirib.
 
Terrorçuların səngərlərinin məhv edilməsindən sonra, aralarında ixtilaflar baş verib və terrorçular kütləvi şəkildə münaqişələrdən qaçaraq, bölgənin daxilinə geri çəkiliblər. Müxbir Hacər Əl-Əsvədin Yərmuq ilə birləşdiyi əraziyə qaçan terrorçuların orada yenidən birləşməyə çalışdıqlarını deyib.
 


Story Code: 722929

News Link :
https://www.islamtimes.org/az/news/722929/suriya-ordusu-hacər-əl-əsvəddə-yeni-əraziləri-işğaldan-azad-etdi

Islam Times
  https://www.islamtimes.org