0
Wednesday 9 May 2018 - 16:03

İraqın baş naziri seçkidən əvvəl Türkiyə və İrana səfər edəcək

Story Code : 723419
İraqın baş naziri seçkidən əvvəl Türkiyə və İrana səfər edəcək
Deyerler.org Tasnimə istinadən xəbər verir ki, Heydər Əl-Əbadi belə bir açıqlama ilə çıxış edib: “Peşmərgə qüvvələri federal hökumət qüvvələrilə əməkdaşlıq etdilər və münaqişələrin artması istiqamətində olan təxribatlara qulaq asmadılar”.
 
Əl-Əbadi regionun gələcəyi haqda ölkəsinin mövqeyini çatdırmaq üçün Türkiyə və İrana səfər edəcəyini bildirib.
 
İraqın baş naziri, həmçinin İraqın mühüm və təsirli regional oxu olduğunu və bütün qonşuları ilə yüksək çeviklikdə əlaqədə olduğunu qeyd edib.
 
“İraq və Səudiyyə Ərəbistanı xalqı iki ölkə arasındakı yaxınlığı görməlidir”, - deyən Əl-Əbadi, hökumətin İraq şəhərlərinə IŞİD terror təşkilatının daxil olmasında məsuliyyəti olan tərəfləri açıqlamağı planlaşdırdığını bildirib.
 
Bu arada, Bağdad Əməliyyatlar Komandanlığı bəyanat verərək, mayın 12-si günortadan sonra keçirilməsi planlaşdırılan parlament seçkilərinin təhlükəsizlik planının bu gündən etibarən tətbiq olunma mərhələsinə daxil olacağını bildirib.
 
Bağdad Əməliyyatlar Komandanlığının rəsmisi Cəlil Əl-Ərəbi mətbuat konfransında belə danışıb: “Bütün mərkəzlərin və insanların təhlükəsizliyini təmin etmək üçün qüsursuz bir plan hazırlanır və seçki günü Bağdadın bütün bölgələri 100% etibarlıdır. Furqon və motosikletlərin bu gün (9 may) günortadan sonra Bağdadda hərəkəti qadağan olunacaq. Bağdad sakinlərindən təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmələrini istəyirik”.
 
 
İraqın Gömrük İdarəsi parlament seçkiləri vaxtı bütün quru, dəniz və hava yollarının bağlı olacağını açıqlayıb.
 
Source : Deyerler
Comment