QR CodeQR Code

Yəmən ordusu Ər-Riyada və Cizana ballistik raketlərlə hücum etdi

Deyerler , 9 May 2018 16:06

Islamtimes - Yəmən ordusu və inqilabi xalq komitələrinin raket qoşunları Səudiyyə rejiminin paytaxtı Ər-Riyada və Cizan əyalətindəki iqtisadi, strateji və hərbi obyetlərinə raket hücumu təşkil edib.


Deyerler.org xəbər verir ki, Reuters-in müxbiri Səudiyyə rejiminin paytaxtı Ər-Riyadda bir sıra şiddətli partlayış səsinin eşidildiyini qeyd edib. Səudiyyə rejiminin Dövlət Televiziyası Yəməndən Ər-Riyada atılan 2 ballistik raketin havadan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.
 
Reuters-in hadisə şahidlərindən əldə etdiyi məlumatlara görə isə, Ər-Riyadda 4 ədəd partlayış səsi eşidilib. AFP isə 2 partlayış səsi eşidildiyini bildirib.
 
Yəmənin Ənsarullah hərəkatı raket hücumunun Ər-Riyaddakı iqtisadi hədəflərə qarşı olduğunu qeyd edib.
 
Yəmənin Əl-Məsirə televizyasının verdiyi xəbərə əsasən, Yəmən ordusu və inqilabi xalq komitələrinin raket qoşunları mayın 9-u səhər saatlarında Səudiyyə rejiminin Cizandakı zenit raket qüvvələrini Bədr 1 ballistik raketilə vurub. Xəbərdə bildirilib ki, atılan raket əvvəlcədən müəyyən olunmuş hədəfləri dəqiq bir şəkildə vurub.
 
 
Bu arada, Yəmənin Silahlı Qüvvələrinin sözçüsü polkovnik Şərəf Qalib Loğman belə bir açıqlama ilə çıxış edib: “Səudiyyə rejiminin qüvvələri qorxurlar və nə edəcəklərini də bilmirlər. Bunun üçün də bu rejim və tərəfdaşları dinc əhaliyə qarşı cinayətlərinə üstünlük verirlər”.
 
 
Loğman Səudiyyə rejimi və tərəfdaşlarının son vaxtlar Yəmənin raket hücumlarına görə, ağır zərbə aldıqlarını bildirib.
 


Story Code: 723420

News Link :
https://www.islamtimes.org/az/news/723420/yəmən-ordusu-ər-riyada-və-cizana-ballistik-raketlərlə-hücum-etdi

Islam Times
  https://www.islamtimes.org