QR CodeQR Code

Donald Tramp Şimali Koreya liderinə şifahi mesaj göndərib

Deyerler , 10 May 2018 16:57

İslamtimes - ABŞ Prezidenti Donald Tramp dövlət katibi Maykl Pompeo vasitəsilə Kim Çen İnə şifahi mesaj göndərib və yeni təklif irəli sürüb.


"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə KXDR Mərkəzi Televiziyası məlumat yayıb.
 
"Yoldaş ali lider Prezident Trampın şifahi mesajını dinləyib, təşəkkürünü bildirib və prezidentin yeni təklifinin olmasını, onun dialoq yolu ilə problemlərin həllində maraqlı olmasını, Koreya-ABŞ sammiti ilə bağlı fəal mövqe tutmasını yüksək qiymətləndirib", - Şimali Koreyanın mərkəzi televiziyasının məlumatında deyilir.
 


Story Code: 723709

News Link :
https://www.islamtimes.org/az/news/723709/donald-tramp-şimali-koreya-liderinə-şifahi-mesaj-göndərib

Islam Times
  https://www.islamtimes.org