QR CodeQR Code

Fələstində daha 1 nəfər şəhid oldu, 731 nəfər də yaralandı

Deyerler , 12 May 2018 16:28

Islamtimes - İsrail rejimi-Qəzza sərhədində fələstinlilər tərəfindən təşkil olunan dinc aksiyalara İsrail rejiminin əsgərlərinin müdaxiləsi nəticəsində bir fələstinli həlak olub, 731 nəfər isə yaralanıb.


Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra yazılı açıqlama verərək, Xan Yunis şəhərindəki sərhəd bölgəsində İsrail rejiminin əsgərlərinin açdığı atəş nəticəsində sinəsindən vurulan 40 yaşlı Caber Səlim Əbu Mustafanın həlak olduğunu bildirib.
 
Sionist əsgərlərin müdaxiləsində 10-u ağır olmaqla 731 fələstinlinin yaralandığını, 146 nəfərin həqiqi gülləyilə vurulduğunu deyən Kudra, yaralılardan 305-nin xəstəxanalarda müalicəyə alındığını, 426 nəfərin isə müalicələrinin sərhəd bölgələrində qurulan səhiyyə məntəqələrində edildiyini bildirib.
 
 
Mayın 11-i sərhəddə baş verən aksiyalarda 38 uşaq, 12 qadın və 4 jurnalist də yaralanıb.
 


Story Code: 724100

News Link :
https://www.islamtimes.org/az/news/724100/fələstində-daha-1-nəfər-şəhid-oldu-731-də-yaralandı

Islam Times
  https://www.islamtimes.org