0
Saturday 12 May 2018 - 17:46

İraq generalı ABŞ-a qarşı: Qırğını onlar başlatdı

Story Code : 724122
İraq generalı ABŞ-a qarşı: Qırğını onlar başlatdı
Bunu “RİA Novosti” agentliyinə müsahibəsində İraqın keçmiş müdafiə naziri Xalid əl-Übeydi deyib.

“Məhz onlar dini kvotalar əsasında ilk dəfə hökumət formalaşdırmağa başladılar. ABŞ-ın İraqdakı müvəqqəti administrasiyasının rəhbəri Pol Bremerin zamanında sünnilərə 5, şiələrə 11, kürdlərə isə 7 nazirliyin verilməsi haqqında qərar verildi. Bu, dini və milli parçalanmanın əsasını qoydu”, – deyə o bildirib.

Qeyd edək ki, Übeydi İraqdakı parlament seçkisinin əsas lideri sayılan Nəsr Koalisiyasına daxildir. Bu koalisiyaya hazırkı Baş nazir Heydər Abadi rəhbərlik edir. Koalisiya tərkibində həm sünni, həm də şiələri birləşdirir. Übeydi sünnilər arasında nüfuzlu şəxs hesab edilir.
Source : Nur-az.com
Tagged
iraq abş
Comment