QR CodeQR Code

Ayətullah Məkarim Şirazi: `İslam alimləri tarix boyu təqiblərə məruz qalıblar`

Maide , 12 May 2018 18:50

İslamtimes - Şiənin İslam elmlərinin inkişafında rolu


Xəbər verdiyimiz kimi, bu gün İranda keçirilən  “Şiənin İslam elmlərinin inkişafında rolu” konfransda böyük İslam alimi Ayətullah Məkarim Şirazi  çıxış edib. 
 
Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, konfransın əsas hədəfinin  Əhli-beyt (ə) alimlərinin  İslam və dünyəvi elmlərə verdiyi töhfənin  dünya ictimaiyyətinə çatdırılması olduğunu diqqətə çatdıran Ayətullah Məkarim Şirazi onu da əlavə edib ki,  tarix boyu  məhz İslam alimləri  əzab-əziyyətlərə məruz qalmış və bu yolda şəhadətə uğrayıblar. “Məsələn Şəhid Əvvəl və Şəhid Sanini  nümunə göstərə bilərik.  Bu cür böyük tarixi şəxsiyyətlər dünyaya  kifayət qədər tanıtdırılmayıb.  Məhz bu səbəbdən  konfransımız bu misyanı üzərinə götürərək yola çıxıb.”
 
Ayətulah Şirazi konfrans iştirkçılarına təşəkkür edib və konfransa təqdim olunan məqalə və kitabların dünyanın müxtəlif dillərinə tərcümə edilərək yayılmasını tövsiyyə edib. 
 
Qeyd edək ki, bu gün səhər təşkil olunan konfrans ilk öncə Quran tilavət olunub. Daha sonra konfransın baş katibi  Məhəmməd Əli Rzayi  çıxış edib. O bildirib ki, konfrans 2016-cı ilin  sonlarından fəaliyyətə başlayıb. 2017-ci ilin əvvəlində məqalələər və kitablar yazılması üçün alimlərə sifariş olunub.  2017-ci ilin  noyabr ayına qədər 1200 məqalə konfransa təqdim olunub və sifariş olunmuş kitablar  hazırlanıb.  Kitab və məqalələr əsasına  50 cilddən  çox ensiklopediya hazırlanıb. 
 
İclasın sonunda xarici qonaqlara söz verildi. Hindistan, Pakistan, İraq, Türkiyə və Livandan olan qonaqlar İslam elmləri və məsumlar haqqında çıxış edib. 


Story Code: 724134

News Link :
https://www.islamtimes.org/az/news/724134/ayətullah-məkarim-şirazi-islam-alimləri-tarix-boyu-təqiblərə-məruz-qalıblar

Islam Times
  https://www.islamtimes.org