QR CodeQR Code

Çavuşoğlu İsrail rejimini lənətlədi - “Qətliamdır”

Qafqazinfo , 14 May 2018 22:32

İslamtimes - Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qəzzada İsrail əsgərlərinin fələstinli etirazçıları atəşə tutmasına münasibət bildirib.


“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu İsrailin bu addımını “qətliam” adlandırıb:
 
“İsrail qüvvələrini və İsrail hökumətini lənətləyirəm. Bu, qətliamdır. Bunun da səbəbkarı ABŞ-dır. Amerika hüquqazidd şəkildə Tel-Əvivdəki səfirliyini Qüdsə köçürdü. Beynəlxalq hüquq normalarını və tarixi reallıqları heç saydılar. Dərhal addımlar atılmalıdır. Fələstinlilər bomba, raket atmırlar ki... Sivil qaydada yürüş edirlər. Belə davam edərsə, bölgə fəlakətə sürüklənəcək”.
 


Story Code: 724741

News Link :
https://www.islamtimes.org/az/news/724741/çavuşoğlu-israil-rejimini-lənətlədi-qətliamdır

Islam Times
  https://www.islamtimes.org