QR CodeQR Code

İrandan Əfqanıstana İŞİD təklifi

İslamazeri , 14 May 2018 23:44

İslamtimes - İranda səfərdə olan Əfqanıstanın müdafiə naziri Tarix Şah Bəhrami, İranın müdafiə naziri General Xatəmi ilə görüşüb.


İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın müdafiə naziri Əfqanıstanın müdafiə nazirinə İŞİD terror qruplaşmasıyla bağlı təklif edib.
İranda səfərdə olan Əfqanıstanın müdafiə naziri Tarix Şah Bəhrami, İranın müdafiə naziri General Xatəmi ilə görüşüb.
İranın müdafiə naziri görüşü zamanı İranın həmişə Əfqanıstanın məzlum xalqının yanında olduğunu və suverenliyini qoruduğunu bildirib.
İŞİD terror qruplaşmasının Əfqanıstandakı təhlükələrinə də diqqət çəkən iranlı nazir "İŞİD terror qruplaşmasının məhv edilməsi İran İslam Respublikasının prioritetidir. Bu mövzuda Əfqanıstanla hər cür işbirliyinə hazırıq", -deyə bildirib.

Əfqanıstanın müdafiə naziri Tarix Şah Bəhrami də çıxışı zamanı iki ölkə arasında iqtisadi, hərbi əməkdaşlıqların mühüm olduğunu qeyd edərək "Sərhədlərimizdən dost İran dövlətinə qarşı ən kiçik bir təcavüz həyata keçirilməyəcək. İŞİD ilə mübarizədə də İran və Əfqanıstan əməkdaşlığı bölgənin əmniyyəti üçün önəmli addımdır.", - deyə önə çəkib.
 


Story Code: 724758

News Link :
https://www.islamtimes.org/az/news/724758/irandan-əfqanıstana-işid-təklifi

Islam Times
  https://www.islamtimes.org