QR CodeQR Code

Cənubi Afrika Respublikası Qəzzadakı hadisələrə görə İsraildəki səfirini geri çağırıb

Deyerler , 15 May 2018 00:38

İslamtimes - Cənubi Afrika Respublikası (CAR) Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bəyan edib.
 
“İsrailin son hücumlarının ciddiliyini nəzərə alaraq CAR İsraildəki səfirini təcili geri çağırmağı qərara alıb”, deyə nazirliyin rəsmisi qeyd edib.
 
O əlavə edib ki, CAR hökuməti İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında həyata keçirilən qəddar təcavüz aktını ən qəti şəkildə pisləyir.
 


Story Code: 724775

News Link :
https://www.islamtimes.org/az/news/724775/cənubi-afrika-respublikası-qəzzadakı-hadisələrə-görə-israildəki-səfirini-geri-çağırıb

Islam Times
  https://www.islamtimes.org