0
Wednesday 16 May 2018 - 15:24

DEVAMM İsrail rejiminin cinayətlərinə son qoymağı tələb edir

Story Code : 725180
DEVAMM İsrail rejiminin cinayətlərinə son qoymağı tələb edir
Fələstində son günlər baş verən qanlı olaylarla bağlı DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) bəyanatla çıxış etmişdir. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Son günlər, ABŞ səfirliyinin Qüdsə köçürməsinə etiraz edən fələstinli fəalların kütləvi qırğını ilə səciyyələndi. Torpaqları qəsb edilmiş, 70 ildir ki, aparteid siyasəti şəraitində yaşayan zavallı Fələstin xalqının ən elementar haqlardan məhrum edilməsi azmış kimi, indi də dünyanın gözü qarşısında növbəti dəfə amansız qətliama məruz qalırlar. Bu qanlı günlərdə 60-a yaxın insan öldürüldü, 3000-ə yaxın insan yaralandı – sionist rejimin yaraqlıları heç kəsə rəhm etmədən, dinc əhaliyə divan tutmağa cürət etdilər.
 
ABŞ administrasiyasının beynəlxalq hüququ tapdalayaraq törətdiyi səfirlik köçürmə təxribatının, həm Nəqbə faciəsinin 70-ci ildönümü günlərində, həm də müqəddəs Ramazan ayı öncəsi yer alması heç də təsadüfi deyil. Sanki vurulan yaranı daha da ağrılı etmək, qəddarlığı daha da sərt etmək niyyəti sezilir. Nəticədə dərdli Fələstin torpağı yenə də azadxah insanların qanına boyandı. Öz işğal olunmuş vətənlərində əsir durumu sürməyə məhkum edilən, açıq səma altında həbsxana həyatı yaşayan Fələstinin əzablı insanlarına qarşı, sionist rejimin qaniçən mahiyyətindən doğan bir divan tutuldu.
DEVAMM olaraq, bu qanlı cinayətlərə öz etirazımızı bildirir, bu qətliama son qoyulmasını tələb edirik.
DEVAMM olaraq, dünya ictimaiyyətini Fələstində baş verən qətliamı törədən caniləri durdurmağa çağırırıq. Dünya birliyi bu aşkar həyasızlığı həzm etməməli, haqqın və hüququn belə amansızlıqla tapdalanmasına göz yummamalıdır.
 
ABŞ administrasiyası növbəti dəfə qəddar sionist rejimə presedenti olmayan bir dəstək verməklə, onun cinayətlərində şərik oldu. Dünya ictimaiyyətini, bu biabırçı hala son qoymağa, dünyanı məhvə sürükləməyə qadir olan administrasiyanı sorğuya cəlb etməyə çağırırıq.
 
XXI əsrdə yaşayan dünya, orta əsrlərə xas vəhşilikləri törədən, insan həyatına heç bir qiymət qoymayan sionist rejiminin əsil simasını növbəti dəfə gördü. Əgər dünyanın azadlıq və ədalət sevən insanları özlərində birləşmək qüdrəti, siono-faşizmə “yox!” demək əzmi tapsalar, bu cinayətlər sona yetər, fələstinlilər insana layiq həyat sürmək şansı əldə edərlər. Təpədən-dırnağadək silahlanmış sionist cəza dəstələrinin dinc insanları qətlə yetirməsinin qarşısını almaq üçün dünyanın sağlam qüvvələri aydın və birmənalı mövqe sərgiləməlidirlər.
 
Əgər dünya özündə bu caniləri durdurmaq gücü tapsa, zaman-zaman kütləvi qırğın törədən qara qüvvələr öz planlarını realizəsindən vaz keçər, nəticədə trilyonlarla vəsait insanların məhv edilməsinə deyil, bəşəriyyətin inkişafına sərf edilərdi.
 
Hər kəsin imtahan dönəmidir...”.
Source : Deyerler
Comment