QR CodeQR Code

Rusiya: “Suriyada terrorla mübarizə sona çatır”

Deyerler , 16 May 2018 15:47

İslamtimes - Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriyada terrorizmlə mübarizə əməliyyatlarının sona yaxınlaşdığını və ölkənin böyük hissəsinin terrorçulardan azad edildiyini deyib.


Deyerler.org sputnik-ə istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanadakı Suriya sülh danışıqlarının 9-cu raundunda danışan Lavrentyev belə deyib: “Suriyadakı vəziyyəti sözlərlə ümumiləşdimək istəsək, terror təşkilatlarına qarşı keçirilən hərbi əməliyyatlarda sona çatmaq üzrə olduğunu, ölkənin böyük hissəsinin terrorçulardan təmizləndiyini söyləmək mümkündür. Ancaq təbii ki, ölkənin yenidən inşa edilməsi lazımdır”.
 
Suriyada qalan terror təşkilatlarının təmizlənməsi məsələsinin də vaxta bağlı olduğunu bildirən Lavrentyev, Rusiya, İran, Türkiyə və ya ABŞ-ın terrorla mübarizədə təkbaşına hərəkət etməsinin bir nəticə verməyəcəyini, əməkdaşlıq edilməsinin lazım olduğunu qeyd edib: “İŞİD-in bəzi dəstələri hələ də Suriyadadır və tezliklə onların da zərərsizləşdiriləcəyindən əminəm. Koalisiyadakı tərəfdaşlarımızı, terrorla mübarizədə iştirak etmək istəyən hər kəsi bu prosesdə fəal olmağa inandırmağa çalışırıq. Bu məsələ ilə sıx qarşılıqlı əlaqə qururuq.
 
Bəzi ölkələr Suriyadakı problemləri təkbaşına həll etməyə çalışır və böhranı ölkədəki hərbi mövcudluğunu möhkəmlətmək üçün istifadə dirlər. Bu qəbuledilməzdir. Suriyada təkcə qanuni hökumətdən razılıq alan hərbi birliklər qala bilər”.
 
Lavrentyev Qərb ölkələrinin Suriyanın təkcə müəyyən bölgələrini yenidən inşa etmək qərarını düzgün hesab etmədiklərini deyərək, əslində ölkənin hamısına yardım edilməli olduğunu bildirib. “Beynəlxalq cəmiyyət indiyə qədər müəyyən müxaliflərin nəzarətində olan bəzi bölgələrə yox, bütün Suriyaya, qanuni hökumətin nəzarətindəki bölgələrə də yardım etməlidir”, - deyə o bildirib.
 


Story Code: 725181

News Link :
https://www.islamtimes.org/az/news/725181/rusiya-suriyada-terrorla-mübarizə-sona-çatır

Islam Times
  https://www.islamtimes.org