Hollandiyalı deputatdan müsəlmanlara qarşı növbəti hörmətsizlik
Story Code : 725566
Hollandiyada yaşayan sağçı Sərbəstlik Partiyasının lideri Geert Wilders yeni provokasiyaya əl atıb.
Maide.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, parlamentdə çıxışı zamanı G.Wilders İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) barəsində karikatura yarışması təşkil edəcəyini bildirib.
Yarışa qatılacaq şəxslərə pul mükafatı vəd edən islamofob bu pulların “comərd bir xeyriyyəçi” tərəfindən veriləcəyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəllərdə İslam və müsəlmanları hədəfə alan G.Wilders dəfələrlə bu cür qeyri insani və islamofob çıxışları medianın gündəminə gəlmişdir.