0
Saturday 19 May 2018 - 15:37

Yəmənin Ali Siyasi Şurasının sədri: “Yəmən Fələstin müqavimətini dəstəkləməyə hazırdır”

Story Code : 725804
Yəmənin Ali Siyasi Şurasının sədri
Yəmənin Ali Siyasi Şurasının sədri
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Mehdi Əl-Məşat Ramazan ayı münasibətilə etdiyi çıxışında, müqavimət cəbhəsinin dəstəklənməsi və sionist İsrail rejiminə qarşı meydanlarda müqavimətin davam etməsinə təkid edərək, belə danışıb: “Ümmət böyük bir çıxılmaz vəziyyətlə üz-üzədir və hər kəs İsrail rejimi və Amerikanın işğalçılıq siyasətlərinin mahiyyətini anlamalıdır”.
 
Əl-Məşat daha sonra sözlərini belə davam etdirib: “Bizə qarşı bəzi asılı ərəb rejimlərinin, xüsusilə Yəmənə müdaxilə edən koalisiyada olan rejimlərin təxribatlarına şahid olduq. Yəmən xalqı Səudiyyə rejiminin müdaxilələrinə baxmayaraq, Fələstin xalqını və müqaviməti dəstəkləməyə hazırdır”.
 
 
Yəmənin Ali Siyasi Şurasının sədri ərəb xalqlarına və İslam ümmətinə də səslənib: “Düşmənin Fələstində və Qüdsdəki hiylələrini dəf etmək üçün mümkün olan bütün yolları ciddi və səmərəli bir şəkildə sınamaq lazımdır”.
 
Source : Deyerler
Comment