QR CodeQR Code

İƏT ölkələri Qüds üçün İstanbulda toplanır

Maide , 19 May 2018 16:48

İslamtimes - Sammitə 40-dan çox ölkənin nümayəndələri qatılacaq


İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstindəki gərgin vəziyyətə həsr olunacaq sammitində 40-dan çox ölkənin nümayəndələri iştirak edəcək.
 
Maide.Az “dunyabulteni”-ə istinadən xəbər verir kİ, fövqəladə toplantıda 13 dövlət başçısının, 2 dövlət başçısı müavininin, 3 baş  nazir müavininin, və 12 xarici işlər nazirinin, eləcə də 11 ölkədən diplomat və nümayəndələrin qatılacağı planlaşdırılır.  
 
Qeyd edək ki, ABŞ-ın sionist işğalçı İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi ilə bağlı keçirilən aksiyalarda sionist əsgərlərin fələstinlilərə atəş açması nəticəsində 60-dan çox insan  şəhid olub, 3000 -ə yaxın fələstinli isə yaralanıb.


Story Code: 725840

News Link :
https://www.islamtimes.org/az/news/725840/iət-ölkələri-qüds-üçün-istanbulda-toplanır

Islam Times
  https://www.islamtimes.org