0
Monday 21 May 2018 - 16:03

Ərdoğanın rəqibi: ABŞ hərbi bazalarının fəaliyyətini dayandıracam

Story Code : 726338
Ərdoğanın rəqibi: ABŞ hərbi bazalarının fəaliyyətini dayandıracam
Bu sözləri Vətən partiyasının lideri, prezidentliyə namizəd Doğu Perinçək deyib.

Partiya lideri bildirib ki, prezident olacağı təqdirdə ölkədəki ABŞ hərbi bazalarının fəaliyyəti dayandırılacaq:

“Türkiyənin yeri Avrasiyadır. Türkiyənin birinci iqtisadi müttəfiqi Çin, ikinci Rusiya, üçüncü isə Almaniyadır. Yəni Türkiyə iqtisadiyyatı Asiya və Qərbi Avropa iqtisadiyyatları ilə çulğalaşıb. Enerji təhlükəsizliyimizi də İran, Rusiya, Azərbaycan və İraq təşkil edir. Türkiyəyə qarşı olan təhlükələr yalnız Avrasiya ilə müttəfiq halında dəf edilə bilər”, - deyə Perinçək bildirib.
Source : Nur-az.com
Comment