QR CodeQR Code

ABŞ-da avtomobil restoran binasına girib, ölənlər və xəsarət alanlar var

Nur-az.com , 21 May 2018 16:06

İslamtimes - ABŞ-ın Şimali Karolina ştatında avtomobil restoran binasına girib.


TASS xəbər verir ki, bu barədə yerli "WSPA" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Bessemer şəhərində baş verib. Qəza nəticəsində 2 nəfər ölüb. Onlardan biri yerli polis şerifinin köməkçisidir. Restorana girən avtomobilin sükanı arxasında isə onun atası olub.

Hadisə zamanı habelə bir neçə nəfər də xəsarət alıb. Onların dəqiq sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Polisin məlumatına görə, sürücü nəqliyyat vasitəsini qəsdən restoran binasına sürüb. Cinayətkarın hadisəni törətməsi səbəbi açıqlanmır.


Story Code: 726340

News Link :
https://www.islamtimes.org/az/news/726340/abş-da-avtomobil-restoran-binasına-girib-ölənlər-və-xəsarət-alanlar-var

Islam Times
  https://www.islamtimes.org