İsrail rejimi Qolan təpələrində Suriyaya qarşı tanklarla hücum etdi
Story Code : 726386
Deyerler.org Təsnimə istinadən xəbər verir ki, suriyalı yerli mənbələrin bildirdiyinə görə, İsrail rejiminin tankları Kuneytranın Əl-Hamur kəndini hədəfə alıblar.
Digər tərəfdən, mənbələr Suriyanın şərqindəki Deyr Əz-Zor hərbi hava limanında partlayışların baş verdiyini bildiriblər.
Mənbələr Əl-Hamur kəndində Hizbullaha aid yerlərin vurulduğunu bildirsə də, Deyr Əz-Zor hərbi hava limanında baş verən partlayışlarla bağlı heç bir məlumat verməyiblər.
Hər iki hadisə ilə bağlı Suriya və İsrail rejimi tərəfindən heç bir açıqlama verilməyib.