QR CodeQR Code

ABŞ Suriyanı əməliyyat aparması ilə bağlı hədələdi

Deyerler , 26 May 2018 23:39

Islamtimes - ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noert Suriya ordusunun ölkənin cənub-qərbində yerləşən gərginliyi azaltma bölgəsində mümkün əməliyyatla bağlı xəbərlərdən narahat olduqlarını bildirib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Noert B.Əsəd rejiminin Suriyanın cənub-qərbində, ABŞ, İordaniya və Rusiya Federasiyasının keçən il üzərində razılaşdığı gərginliyi azaltma bölgəsinin sərhədlərinə yaxınlaşan əməliyyatın təhlükəli olduğunu deyib.
 
ABŞ-ın pozuntulara cavab olaraq lazım olan qətiyyətli tədbirlərini görəcəyini deyən Noert, belə danışıb: "Suriya hökumətini münaqişənin böyüməsinə yol açacaq və atəşkəsi təhlükə altına qoyacaq hər cür hərəkətlərə qarşı xəbərdarlıq edirik”.
 


Story Code: 727518

News Link :
https://www.islamtimes.org/az/news/727518/abş-suriyanı-əməliyyat-aparması-ilə-bağlı-hədələdi

Islam Times
  https://www.islamtimes.org