0
Wednesday 6 June 2018 - 03:59

"Amnesty": Amerikanın Suriyada müharibə cinayətləri araşdırılsın

Story Code : 729861
Amnesty
Amnesty
İslamazeri.com dünya mediasına istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) Amerikanın başçılıq etdiyi ittifaqın Suriyanın Raqqa şəhərində müharibə cinayəti işləmiş olma ehtimalının araşdırılmasını istəyib.

"Amnesty" təşkilatı əlində Amerika və müttəfiqlərinin Raqqa şəhərində müharibə cinayəti törətdiyini ortaya qoyan sübutlar olduğunu bildirib.

Təşkilat ABŞ və başçılıq etdiyi ittifaqın Raqqa şəhərinə hücumda yüzlərlə mülki vətəndaşı qətlə yetirdiyini, minlərlə insanın da yaralandığını vurğulayıb.

Beynəlxalq Əfv Təşkilatı bu səbəbdən müstəqil bir komissiyanın qurulması və bu cinayətlərin araşdırılmasını istəyib.
Source : İslamazeri
Tagged
Suriya abş
Comment