0
Sunday 10 June 2018 - 02:51

Hizbullah və İran qoşunları Suriyanın cənubuna qayıdıblar - İDDİA

Story Code : 730659
Hizbullah və İran qoşunları Suriyanın cənubuna qayıdıblar - İDDİA
İslamazeri.com xəbər verir ki, Amerikanın  The Wall Street Journal  portalının iddiasına görə, İranın İnqilab Keşikçiləri Korpusu və Livan Hizbullahının döyüşçüləri Suriyanın cənubuna qayıdıblar.
İddiaya görə, döyüşçülər bu dəfə öz formalarını Suriya Ordusunun hərbi paltarlarına dəyişərək Suriyanın cənub-qərbinə; Quneytra və Daraa əyalətinə cəm olublar. 
WSJ yazır ki, Suriyaya müxalif qruplaşmaların açıqlamalarına görə, İranın İnqilab Keşikçiləri Korpusu və Livan Hizbullahının döyüşçüləri yenidən Suriya Ordusunun uniformalarında, özlərinə aid güclü silah-sursat və hərbi təczihatla bu postlara yığılıblar.
Suriya müxaliflərindən olan qruplaşma komandiri Əhməd Azzam bu məsələ ilə bağlı "Onların raketləri, silah sursatı və yeni təczihatı var.", -deyə bildirib.
Amerikan yayımı Rusiyanın İsraillə razılığına əsasən İran və Livan Hizbullahına aid döyüşçülərin burdan getməsinə söz verdiyini, lakin oların "Əsəd əsgərləri" kimi müxaliflərinə qarşı döyüşəcəyi qeyd olunur.
Bu iddia Rusiya Ordusu tərəfindən nə təsdiq, nə də təkzib olunmayıb.
Bu arada Ərəb "Aljamahiria" qəzeti isə yazıb ki, Livan Hizbullahı Livanda HƏMAS - fələstin döyüşçülərinin yeni ordusunu qurur. Qəzetin iddiasına görə, Hizbullah İsraillə müharibədə dünyanın müxtəlif yerlərindən olan döyüşçüləri cəm edərək təlim keçir.
 
Source : İslamazeri
Comment