0
Sunday 10 June 2018 - 03:49

Süleymani İraq seçkilərindən danışdı, Hizbullahın Livanda müqavimət höküməti qurduğunu elan etdi

Story Code : 730664
Süleymani İraq seçkilərindən danışdı, Hizbullahın Livanda müqavimət höküməti qurduğunu elan etdi
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçilər Koprusu Sepahın "Qüds" briqadasının komandanı, Yaxın Şərqdə böyük nüfuza sahib general Qasim Süleymani Livan Hizbullahının Livanda müqavimət höküməti qurduğunu deyib.
"Livanda seçkilər hamının Hizbullahı ölkənin daxili məsələrində müdaxiə etməkdə suçladıqları bir şəraitdə keçirildi. Lakin hazırda seçkilərin keçirilməsi ilə Hizbullah müqavimət partiyasından müqavimət hökumətinə çevrilib.", -deyə Süleymani bildirib. 
General Qasim Süleymani cümə axşamı İranın cənubunda Kirmanda keçirilən mərasimdə Qərbi Asiya bölgəsinin proseslərinə toxunaraq İraq seçkilərinin nəticələrini dəyərləndirib.
O sözlərinə belə davam edib: "İraqda da seçkilər İran İslam Respublikasına ən yaxın hökümətin təşkil olunması ilə nəticələndi. Arxayın olun ki, qələbə islama aiddir və islam safdır. Hazırda dünyanın bütün azadlıqsevərləri İran İslam Respublikasına ümid gözü dikiblər." 
 
Source : İslamazeri
Comment