0
Monday 11 June 2018 - 16:37

Yəmən ordusu düşmən qərargahını PUA-lar və ballistik raketlərlə vurdu

Story Code : 731016
Yəmən ordusu düşmən qərargahını PUA-lar və ballistik raketlərlə vurdu
Yəmən ordusu düşmən qərargahını PUA-lar və ballistik raketlərlə vurdu
Deyerler.org ansarollah saytına istinadən xəbər verir ki, Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə rejiminin dəstəklədiyi xain M.Hadi qüvvələrinin Hudeyda şəhərinin ətrafındakı mövqelərinə Qahir 2M ballistik raketilə də hücum ediblər. Raket hücumu nəticəsində xain M.Hadi qüvvələrinin 43 üzvünün öldüyü, onlarla silahlının da yaralandığı qeyd olunub.
 
Raket hücumu Ənsarullah qüvvələrinin Hudeydanın cənubunda itirdikləri yerləri geri almaq üçün hücum başladılmışdı. Ənsarullah keçirdiyi əməliyyatla Əl-Cah bölgəsinin azad edilməsini təmin etmiş, Səudiyyə rejiminin 50-dən artıq muzdlu əsgərini məhv etmişdir.
 
Bu arada, Yəmən ordusu və inqilabi xalq komitələrinin raket birliyi Səudiyyə rejiminin muzdlu qüvvələrinin Taiz şəhərinin ətrafındakı toplaşma mərkəzini Zilzal-2 raketilə vurub. Raket hücumu nəticəsində Səudiyyə rejiminin 23 muzdlu əsgəri ölüb, onlarla silahlısı da yaralanıb.
 
Source : Deyerler
Tagged
yəmən
Comment