0
Monday 11 June 2018 - 16:47

Suriyalı kürdlər Əsədin dialoq təklifini qəbul etdi

Story Code : 731017
Suriyalı kürdlər Əsədin dialoq təklifini qəbul etdi
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Suriyanın prezidenti Bəşər Əsəd mayın 31-də verdiyi bəyanatında, ölkənin şimalına nəzarət edən kürd qüvvələrini dialoqa səsləyərək, belə demişdi: “Əgər danışıqlar nəticə verməsə, bu bölgələri güc istifadə edərək azad edəcəyik”.
 
DSM tərəfindən verilən açıqlamada belə qeyd olunub: “Suriyada tərəflər artıq hərbi bir üsulun və vasitəçi güclərin əli ilə aparılan sövdələşmələrin həll yolu olmayacağını bilir”.
 
BBC-in verdiyi xəbərə görə, DSM-in açıqlamasında yeni bir konstitusiya çağırışı da səslənib: “Suriya hökumətinin dialoq qapılarını açdığını görəndə, biz tərəddüdsüz bu mövqeyi qəbul etdik. Yeni bir imkanın yaranması, Suriyada axan qanın dayandırılması, sabitlik mühitinin təmin edilməsi və yenidən inşa işlərinin başlanması üçün Suriya hökumətinin Suriyada tərəflər arasında reallaşması nəzərdə tutulan danışıqlar haqqındakı açıqlamalarını müsbət qiymətləndirdik.
 
Xalqın bütün nümayəndələrinin birləşməsi, tək tərəfli və qətliam siyasətinə son qoyulması üçün razılaşma yoluna daxil olunmasına ümid edirik. Demokratik bir Suriya və bütün təbəqələrin bərabər şəkildə təmsil olunduğu bir konstitusiyanın formalaşması üçün bütün tərəflərin birləşməsi baş vermədən Suriyada həllin mümkün olmayacağını bildirmək istərdik”.
 
Source : Deyerler
Tagged
Suriya
Comment