0
Monday 11 June 2018 - 19:06

İran XİN: Suriyada sabitlik bərqərar olana qədər orada iştirakımız davam edəcək

Story Code : 731044
İran XİN: Suriyada sabitlik bərqərar olana qədər orada iştirakımız davam edəcək
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi həftəlik mətbuat konfransında deyib.
 
B. Qasimi bildirib ki, əgər Avropa İranın Hərtərəfli Birgə Fəaliyyət Planında qalmasını istəyirsə, ən qısa zamanda planın tələblərinə uyğun öhdəliklərini yerinə yetirmək üçün lazımi mexanizmləri təqdim etməlidir: “Əlbəttə, Rusiya və Çin də öz öhdəliklərini yerinə yetirməlidir. Belə bir nəticə əldə olunmalıdır ki, bu gün ABŞ-ın iştirakı olmadan da plan çərçivəsində əməkdaşlıq davam etdirilə bilər. Biz nikbinik, lakin qarşı tərəf İranın razılığını əldə etməlidir”.
 
B. Qasimi İranın Suriyada iştirakı ilə bağlı suala cavabında qeyd edib ki, bu məsələdə İran və Suriyanın mövqeyi tam aydındır: “Bizim danışıqlarımız Astana prosesi çərçivəsində aparılır. Ötən gün iki ölkənin prezidentlərinin görüşü olub. Bizim Suriyadakı iştirakımız Suriya dövlətinin istəyi ilədir və məqsədimiz terrorizmlə mübarizədir. Rusiya rəsmilərinin adından yayılan məlumatlar öz təsdiqini tapmayıb və bizim əməkdaşlığımız Suriyada sabitlik bərqərar olanadək davam edəcək”.
 
Source : Deyerler
Tagged
Iran
Comment