QR CodeQR Code

Ərdoğan Avropa ölkəsinə səsləndi: "Xaç" və "hilalın" müharibəsi başlaya bilər!

İslamazeri , 13 Jun 2018 04:04

İslamtimes - Türkiyənin Baş naziri Avstriyanın məscidlərlə bağlı qərarına münasibət bildirib.


İslamazeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, Avstriyanın əsas müsəlman təşkilatı ölkə rəhbərliyinin 7 məscidin bağlanmasına və 4 türk imamın ölkədən çıxarılmasına dair qərarını qəti surətdə pisləyib.
Müsəlman təşkilatının prezidenti İbrahim Olqun bildirib ki, rəsmi Vyananın addımları “siyasi islama” nəzarət məsələsi ilə uyğun deyil və ölkənin müsəlman icmasına ciddi zərbə endirə bilər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Avstriya hökumətinin mövqeyini sərt şəkildə qınayıb. Ərdoğan deyib ki, Avstriya Baş nazirinin bu cür addımları “xaç və hilal arasında müharibəyə gətirib çıxara bilər”.
Bu arada, Avstriyanın Sosial-Demokratik Partiyası məscidlərin qapadılması və Türkiyədən maaş alan imamların deportasiyasını “hökumətin ilk fərasətli qərarı” adlandırıb.
 


Story Code: 731370

News Link :
https://www.islamtimes.org/az/news/731370/ərdoğan-avropa-ölkəsinə-səsləndi-xaç-və-hilalın-müharibəsi-başlaya-bilər

Islam Times
  https://www.islamtimes.org