0
Wednesday 13 June 2018 - 14:36

ABŞ işğalına qarşı olan iki koalisiya İraqda birləşdi

`Sairun` və `Həşdi-Şabi`...
Story Code : 731471
ABŞ işğalına qarşı olan iki koalisiya İraqda birləşdi
Maide.Az "faktxəbər"-ə istinadən xəbər verir ki,  324 kürsülü parlamentə "Sairun" 54, "Fəth" isə 47 yer qazanıb. İlk öncə Muqtəda Sədr "Fəth"lə koalisiya hökuməti qurmayacağını, Əmmar əl-Həkimin və eləcə də Əyyad Əllavinin partiyaları ilə koalisiyaya yaradacağını bildirsə də, dünən axşam saatlarında başa çatan danışıqlar bəzi dəyişiklikləri özündə əks etdirib.
 
Belə ki, Muqtəda Sədr açıqlama verərək, İraq parlamentində ən əb böyük qrupun yaradılması üçün "Fəth"lə danbışıqları başa çatdırıb. Birgə mətbuat konfransında Sədr jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, alyans milli konsensuns çərçivəsində yaradılıb. 
 
Sədr əlavə olaraq bildirib ki, "Əl-Hikmət" və "Əl-Vətəniyyə" ilə də koalisiya davam etdiriləcək.
 
Xatırladaq ki, İraq parlament seçkilərində Müqtəda Sədrin başçılıq etdiyi “Sairun”dan (54 yer) sonra, sabiq Haşdu-Şabi komandiri Hadi əl-Amirinin başçılıq etdiyi “Fəth” koalisiyası (47) , daha sonra hazırki baş nazir Heydər əl-Abadinin “Nəsr” koalisiyası (42) , sabiq baş nazir Nuri əl-Malikinin başçılıq etdiyi “Dövlətul-Qanun” (25), “Demokratik Kürdüstan Partiyası”, höccətül-islam Seyid Əmmar Həkimin başçılıq etdiyi “əl-Hikmət” fraksiyası (19) növbəti yerləri isə digər siyasi partiyalar bölüşürlər.
Source : Maide
Comment