0
Wednesday 13 June 2018 - 15:01

Taliban lideri Əfqanıstanla bağlı ABŞ-ı danışıqlara dəvət edib

Story Code : 731479
Taliban lideri Əfqanıstanla bağlı ABŞ-ı danışıqlara dəvət edib
Taliban lideri Əfqanıstanla bağlı ABŞ-ı danışıqlara dəvət edib
APA-nın “Tolo News”-a istinadən verdiyi xəbərə görə, Taliban lideri Əfqanıstandakı uzunmüddətli qarşıdurmaya son qoymaq üçün ABŞ-ı sülh danışıqlarının ilkin mərhələsinə dəvət edib.
 
“Əgər ABŞ rəsmi şəxsləri münaqişənin sülh yolu ilə həllinə gerçəkdən inanırsa, danışıqlar masasına əyləşib, birbaşa dialoqa başlamalıdır”, =deyə Axundzadə diqqətə çatdırıb.
 
Onun sözlərinə görə, ABŞ hər problemə inadla yanaşır, amma gücün istifadəsi həmişə arzuolunan nəticələr vermir.
 
Taliban lideri onu da qeyd edib ki, Əfqanıstanın xilasının yeganə yolu NATO-nun “Qətiyyətli Dəstək” hərbi əməliyyatlarında iştirak edən ABŞ hərbi kontingentinin ölkədən çıxmasıdır.
 
Heybətullah əlavə edib ki, Əfqanıstandakı böhranlı vəziyyət, dağıdıcı nəticələr yalnız danışıqlar yolu ilə aradan qaldırıla bilər.
 
Source : Deyerler
Comment