0
Saturday 16 June 2018 - 15:45

Gürcüstan azərbaycanlısı olan gənc Ermənistan əleyhinə yazdığı statusa görə həbs edilir

Story Code : 731886
Gürcüstan azərbaycanlısı olan gənc Ermənistan əleyhinə yazdığı statusa görə həbs edilir
Gürcüstan azərbaycanlısı olan gənc Ermənistan əleyhinə yazdığı statusa görə həbs edilir
Gürcüstan azərbaycanlısı Orxan Abbasov adlı gənc  "aprel döyüşləri"ndə Azərbaycana verdiyi dəstəyə  görə qonşu Gürcüstanın güc strukturları tərəfindən həbs edilə bilər.
Bu haqda İslamazeri.com-a Orxan Abbasov özü məlumat verib.
Onun sözlərinə görə, o Azərbaycan və erməni hərbçiləri arasında aprel döyüşləri gedən zaman facebookda Azərbaycana dəstək xarakterli bir status yazıb. Statusda o bir neçə məsələyə işarə etdim. Statusumdakı fikirlər, Gürcüstan güc strukturalrı tərəfindən cinayət kimi dəyərləndirilib.
"Mən aprel döyüşləri zamanı Azərbaycana dəstək məqsədilə status yazdım. Statusda mən Ermənistanın Tiflisdəki səfirliyi qarşısında aksiya keçirilməsini, o cümlədən Ermənistanın Tiflisdəki səfirinə qarşı müxtəlif ifadələr işlətmişəm.  Bundan sonra mən Gürcüstan Təhlükəsizlik Xidmətinə dəvət edilmişəm. 6 min lari girov müqabilində ev dustağlığına buraxılmışam. Lakin indi məsələ yenidən qabardılıb və mənim həbsim üçün proses gedir. Azərbaycanlı olaraq Azərbaycanda baş verən hadisələrə həyəcanlı və narahatçılığımı bildirərək status yazmışam. Lakin bu güc stukturları tərəfindən "terrorizmə çağırış maddəsi"lə yenidən gündəmə gətirilib və 21 gün facebbokda qalan və sonradan silinən (red: hazırda screen güc stukturlarındadır) statusa görə həbsim üçün hazırlıq gedir. Rəsmi ittihamda qeyd edilir ki, barəmdə Ermənistan Azərbaycan arasında 2016-cı ildə baş verən döyüşlər zamanı Qarabağın azadlığı üçün yazdığı statusa görə, cinayət işi açılıb."-, deyə Orxan Abbasov bildirib.
Qeyd edək ki, Orxan Abbasov Bakı İslam Universitetində təhsil alıb, hazırda Tblisi Dövlət Univerisitetinin Sosial və Siyasi Elmlər Fatultəsində oxuyur. Ona qarşı Gürcüstan CM-nin 330 maddəsinin 2-ci bəndinə əsasən "terrorizmə çağırış" olaraq cinayət açılıb.
 
Source : Islamazeri
Comment