QR CodeQR Code

Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Düşmənin Yəməndəki hədəflərinə çatmasına imkan verməyəcəyik”

Deyerler , 16 Jun 2018 23:51

]سمشئفهئثس - Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Ramazan bayramı münasibətilə Yəmən xalqının və müsəlman dünyasının bayramını təbrik edərək, Yəmən Ordusu və Ənsarullah hərəkatının Qərb sahillərində qazandığı böyük uğurlar münasibətilə təbriklərini çatdırıb.


Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi Ramazan ayının son günləri münasibətilə etdiyi çıxışında, Yəməndə və Əl-Hudeyda şəhəri ilə limanında baş verən son prosesləri qiymətləndirib: “İsrail rejimi Yəmənin Hudeyda limanını ələ keçirməyi regionda strateji hədəf olaraq görür. Biz azadlığımızı qazanmaq və cihadla mübarizə aparmaq məqsədilə bütün cəbhələrdə müharibə apardıq. Qərb sahillərindəki müharibə böyük bir bataqlığa çevriləcək və işğalçıları içinə çəkəcəkdir”.
 
Əl-Husi açıqlamasında Ənsarullah üzvlərinin bölgəni işğalçılara qarşı müdafiə etmək məqsədilə Hudeyda şəhərinə getməklə bağlı tələblərinə də toxunub: “Yəmən xalqını narahat edəcək heç bir müdaxiləyə və tədbirə icazə verməməliyik və Hudeyda şəhərində baş verəcək münaqişələr üçün əsgər toplamağa başlamalıyıq”.
 
Ərəb koalisiyasının Yəmənə gələn humanitar yardımların əsas keçid məntəqəsi olan strateji əhəmiyyətə malik Hudeyda limanına qarşı hücuma başlamasından etibarən ilk dəfə açıqlama verən Seyid Əbdülməlik sözlərini belə davam etdirib: “Müharibə üçün əsgər toplayaraq edilən bütün pozuntuların qarşısını ala bilərik. Yəmən xalqı müharibə cəbhələrinə kömək etməlidir”.
 
Əl-Husi Yəmənin düşmənlərinə qarşı mübarizənin davam etməsini istəyərək, Yəmənin qərb sahillərinin işğalçıların məhv olmasına səbəb olacaq böyük bir bataqlığa dönəcəyini bildirib.
 


Story Code: 731912

News Link :
https://www.islamtimes.org/az/news/731912/seyid-əbdülməlik-bədrəddin-əl-husi-düşmənin-yəməndəki-hədəflərinə-çatmasına-imkan-verməyəcəyik

Islam Times
  https://www.islamtimes.org