0
Wednesday 20 June 2018 - 16:36

“Ənsarullah” rəsmisi işğalçıların əlaqə bağlantılarını kəsdiklərini bəyan etdi

Story Code : 732548
“Ənsarullah” rəsmisi işğalçıların əlaqə bağlantılarını kəsdiklərini bəyan etdi
Yəmənin “Ənsarullah” hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Buxeyti Hudeydə şəhəri ilə bağlı açıqlama verib.
Maide.Az "eastnews"a istinadən xəbər verir ki, Məhəmməd əl-Buxeyti açıqlamasında vurğulayıb ki, şəhərə hücum edən işğalçı əsgərlərin bir-biriləri ilə əlaqə bağlantıları yəmənli döyüşçülər tərəfindən kəsilib.
“İşğalçılar mətbuata yalan xəbər yayaraq psixoloji müharibə aparmaq istəsələr də buna nail ola bilmirlər”, deyə Məhəmməd əl-Buxeyti diqqətə çatdırıb.
“Ənsarullah” rəsmisi qeyd edib ki, Yəmən ordusu və yəmənli müqavimətçilər düşmən qarşısında geri addım atmayacaq.
Yəmən ordusu və husilər Səudiyyə mövqelərinə ballistik raket zərbəsi endirdi
Ötən gün Yəmən ordusu və “Ənsarullah” hərəkatının hərbçiləri Hudeyda vilayətinə təcavüz edən “Ərəb koalisiyası”nın mövqelərinə “Qahir-M2” tipli ballistik raketlə zərbələr endirib.
Bundan əlavə Yəmən ordusu ötən gün Hudeydə vilayətindəki döyüşlərdə növbəti dəfə “Qasif-1”pilotsuz uçan aparatı ilə işğalçı qüvvələrə zərbələr endirib. Döyüşlərdə işğalçı qüvvələrin azı 10 zirehli texnikası və canlı qüvvəsinin məhv edildiyi bildirilir.
eyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçükün vəziyyətinə düşüb. Dənizdən və havadan blokada ölkəyə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. 
Xatırladaq ki, 2015-ci ildən blokadada yaşayan Yəmənin yeganə humanitar dəhlizi Hudeydə limanındanıdır. Bu liman şəhərini ələ keçirmək milyonlarla yəmənlinin vəziyyətini daha da ağırlaşdıra bilər.
 
Source : Maide
Tagged
yəmən
Comment