0
Thursday 21 June 2018 - 16:30

Ölkəyə girişinə "STOP" qoyulan Ruhullah Novruzzadənin məhkəməsi keçirilib

Story Code : 732739
Ruhullah Novruzzadə
Ruhullah Novruzzadə
Üç ilə yaxındır Azərbaycana girişinə qadağa qoyulan ilahiyyatçı və Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Ruhullah Novruzzadənin məhkəməsi keçirilib. Məhkəmə prosesi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, hakim Tahirə Əsədovanın sədrliyilə Ruhullah Novruzzadənin ailəsinin Azərbaycan Dövlət Sərhəd Xidmətinə qarşı məhdudiyyətin ləğv edilməsi tələbi əsasında şikayəti əsasında keçirilib.
Bu haqda İslamazeri.com-a Ruhullah Novruzzadənin ailəsi məlumat verib.
Məlumata görə, məhkəmə işin Suraxanıya göndərilməsi haqda qərar qəbul edib.
Qeyd edək ki, Ruhullah Novruzzadə hazırda həbs həyatı yaşayan ilahiyyatçı Abgül Süleymanovun qaynıdır.
 
Source : Islamazeri
Comment