0
Thursday 21 June 2018 - 18:00

Almaniyadan Trampa xəbərdarlıq: Dünya boks rinqi deyil!

Story Code : 732751
Almaniyadan Trampa xəbərdarlıq: Dünya boks rinqi deyil!
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Almaniya prezidenti Frank-Valter Ştaynmayer rəsmi Vaşinqtona xəbərdarlıq edib ki, ABŞ-la Avropanın münasibətlərinə düzəldilməsi mümkün olmayan ziyan dəyə bilər.
Ştaynmayer ABŞ-ı dünyaya “hamının hamı ilə döyüşdüyü boks rinqi” kimi yanaşmamağa səsləyib.
O xəbərdar edib ki, ABŞ-Avropa münasibətlərinə düzəlməz zərər gələ bilər.
Mən ABŞ demokratiyası barədə daha az narahat oluram, nəinki bizim transatlantik həmkarlığımızın gələcəyi barədə.”, - deyə o qeyd edib.
Daha sonra o əlavə edib ki, ABŞ-ın öz həmkarlarına ehtiyacı var, lakin Ağ Ev bu həmkarlığı təsdiqləmək üçün  Qərbə kompas, dünyaya isə boks rinqi kimi yanaşmamalıdır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Almaniya hökumətini tənqid atəşinə tutaraq, onun miqrasiya siyasətini tənqid edib və qeyd edib ki, həddən çox miqrasiya səbəb ilə bu ölkədəki cinayətkarlığın sayı çoxalıb.
 
Source : Islamazeri
Tagged
almaniya tramp
Comment