0
Saturday 23 June 2018 - 16:48

Suriya: Dəranın şərqində əməliyyat başladı

Story Code : 733090
Suriya: Dəranın şərqində əməliyyat başladı
Suriya: Dəranın şərqində əməliyyat başladı
Suriya mənbələri xəbər verir ki, ordu Dəranın şərqində 3 nöqtədən əməliyyata başlayıb. Terrorçuların müdafiə xəttini yarmaq üçün öncə artilleriya işə salınıb. Bəsrul-Hərir, Əlməlihətul-Şərqiyyə, Əlməlihətul-Qərbiyyə qəsəblərində terrorçuların mövqelərinə hava zərbələri endirilib. Ordunun mühasirəyə aldığı qəsəbələrdə terrorçular təslim olub. Suriya ordusu Dəraya yüzdən artıq tank və top gətirib. Ceyş Əl-Əhrar Əl-Əşair terror birləşməsinin komandiri Rakan Əlxuzeyr Suriya ordusunun öç  nöqtədən hücuma keçdiyini təsdiqləyib. Suriya dövlət televiziyası ötən gün elan edib ki, Əllicah məntəqəsindəki Ən-Nüsrə qüvvələrinə kömək yolları bağlanıb. Eyni zamanda İordaniya sərhədindən terrorçulara böyük miqdarda silah çatdırıldığı deyilir. Terror birləşmələrinin komandirlərindən olan Əyyad Bərəkat 8 km-i vuran Tav raketləri aldıqlarını bildirib.  

 
Source : Islamtimes
Tagged
Suriya
Comment