QR CodeQR Code

Maariv qəzeti: “Netanyahu ilə Bin Salman İordaniyada görüşdü”

Deyerler , 24 Jun 2018 16:47

İslamtimes - Sionist İsrail rejiminin Maariv qəzetinin yazarlarından Ceki Hoqi iyunun 18-də İsrail rejiminin baş naziri Binyamin Netanyahunun İordaniyaya səfəri vaxtı Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla gizli şəkildə görüşdüyünü bildirib.


Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, qəzet Bin Salmanın İordaniyanın Kral sarayında ABŞ-ın prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin İsrail rejiminə etdiyi səfər çərçivəsində Netanyahu ilə görüşdüyünü, görüşdə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblattın da olduğunu bildirib.
 
Maariv qəzetinin köşə yazarı Ceki Hoqi Məhəmməd bin Salmanın Ammana səfər edən Netanyahunu Kral Sarayında gözlədiyini söyləyib
 
Maariv analitiki yazısında belə qeyd edib: “Vəziyyətdən xəbərdar olan bir dostum mənə bu məlumatı verdi. İki tərəf arasındakı danışıqlar İordaniya kralı Abdullah üzərindən və o olmadan da davam etdi”.
 
Kuşner və Qrinblatt İordaniya, Misir və Səudiyyə rejiminə etdikləri səfərdən sonra, bəzi ölkələrin də dəstək vermələri ilə Əsrin müqaviləsi kimi tanınan layihəni həyata keçirmək üçün Yaxın Şərq səfərinə çıxmışdı və yekunda İsrail rejiminin baş naziri Netanyahu ilə görüşmüşdülər.
 


Story Code: 733331

News Link :
https://www.islamtimes.org/az/news/733331/maariv-qəzeti-netanyahu-ilə-bin-salman-iordaniyada-görüşdü

Islam Times
  https://www.islamtimes.org